logo

“Shacman” yolu keçən piyadanı vurub öldürdü

15:59 16-03-2020 | icon 3682
“Shacman” yolu keçən piyadanı vurub öldürdü

Səbail rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildiriblər ki, martın 16-da saat 13-00 radələrində Səbail rayonunun A.M.Ələkbər küçəsində  İmişli rayon sakini R.Sadıqovun idarə etdiyi “Shacman” markalı avtomobil yolu keçən 50-55 yaşlı kişini vurub. Həmin şəxs aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Hadisə ilə bağlı Səbail rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.