logo

İranda 95 ton narkotik vasitə müsadirə edilib

15:06 16-03-2020 | icon 2618
İranda 95 ton narkotik vasitə müsadirə edilib

İlin əvvəlindən İranda 95 tondan çox narkotik vasitə müsadirə olunaraq məhv edilib.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu barədə İranın Sərhəd Xidmətinin komandanı general Qasım Rezayi KİV-ə açıqlamasında deyib. Qeyd edib ki, 2019-cu ildə sərhədçilərin hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birlikdə keçirdikləri əməliyyatlar nəticəsində 814 ton narkotik vasitə müsadirə edilib.

Onun sözlərinə görə, İran ilə Əfqanıstanın və Pakistanın sərhədində nəzarət daha da gücləndirilib. Qaçaqmalçılıqla məşğul olan qruplar İran ərazisindən tranzit kimi istifadə edərək narkotikləri Rusiyaya və Avropaya daşıyırlar. Son illər Əfqanıstandan narkotiklərin qanunsuz olaraq İran ərazisinə keçirilməsi halları artıb.

General nəzərə çatdırıb ki, İran dəfələrlə Avropa İttifaqından narkotik vasitələrinin qaçaqmalçılığının qarşısını almaq məqsədilə yardım istəsə də, müsbət cavab almayıb. Halbuki İran narkotiklərin Avropaya daşınmasının qarşısını alır. General mindən çox cinayət işinin açıldığını və yüzlərlə qaçaqmalçının həbs edildiyini də vurğulayıb.