logo

Sabahdan Gürcüstan-Rusiya sərhədi bağlanır

20:39 15-03-2020 | icon 280
Sabahdan Gürcüstan-Rusiya sərhədi bağlanır

Martın 16-dan Gürcüstan ilə Rusiya arasında sərhəd müvəqqəti olaraq bağlanacaq.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu barədə Gürcüstanın hökumət administrasiyası məlumat yayıb.

Bildirilir ki, bu addım koronavirusun yayılmasının qarşısının alınması məqsədilə atılır. Gürcüstan Baş Nazirinin Rusiya ilə danışıqlar üzrə xüsusi nümayəndəsi Zurab Abaşidze hökumət başçısının tapşırığına əsasən Rusiyanın danışıqlar üzrə xüsusi elçisi, senator Qriqori Karasinlə telefonla danışıb.

Telefon danışığı zamanı qeyd edilib ki, məhdudiyyət yük daşınmalarına şamil edilməyəcək.

Eyni zamanda, bu məhdudiyyət öz ölkəsinə qayıtmaq istəyən gürcülərə və ruslara tətbiq edilməyəcək. Onların vətənlərinə qayıtmalarına şərait yaradılacaq.