logo

Sabah Bakıda arabir yağış yağacaq, 11° isti olacaq

13:51 15-03-2020 | icon 2121
Sabah Bakıda arabir yağış yağacaq, 11° isti olacaq

Ölkə ərazisində martın 16-na gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən YeniAvropa-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, səhər bəzi yerlədə duman, çiskin olacağı, axşam isə yağış yağacağı gözlənilir. Gün ərzində güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 5-7°, gündüz 8-11° isti, Bakıda gecə 5-7°, gündüz 9-11° isti olacaq. Atmosfer təzyiqi 761 millimetr civə sütunundan 767 millimetr civə sütununa yüksələcək. Nisbi rütubət 75-85 faiz təşkil edəcək.

Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq arabir yağış, dağlıq rayonlarda qar yağacağı, bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 5-10°, gündüz 12-17° isti, dağlarda gecə 0-5°, gündüz 6-11° isti olacağı ehtimal edilir.

Naxçıvan Muxtar Respublikasında gün ərzində arabir yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Şimşək çaxacağı ehtimalı var. Qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 2-7° isti, dağlıq ərazilərdə 0-4° şaxta, gündüz 10-15° isti olacaq.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi yerlərdə havanın arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir sürətlənəcək. Havanın temperaturunun gecə 0-5°, gündüz 6-11° isti olacağı proqnozlaşdırılır.

Gəncə şəhərində, Qazax, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında fasilələrlə yağış yağacağı gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 5-10°, gündüz 11-16° isti olacağı bildirilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında arabir yağış yağacağı, axşam bəzi yerlərdə intensiv olacağı, dağlıq rayonlarda qar yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir sürətlənəcək. Havanın temperaturunun gecə 4-9°, gündüz 10-15° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 3-8° isti olacağı ehtimal edilir.

Mərkəzi Aran: Mingəçevir və Şirvan şəhərlərində, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüzdən etibarən arabir yağış yağacağı, axşam bəzi yerlərdə intensiv olacağı proqnozlaşdırılır. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 5-10°, gündüz 12-17° isti olacaq.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında fasilələrlə yağış yağacağı, axşam dağlıq ərazilərdə qar yağacağı bildirilir. Səhər dağlarda duman olacaq. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir sürətlənəcək. Havanın temperaturunun gecə 5-10°, gündüz 10-15° isti, dağlarda gecə 0-5°, gündüz 7-12° isti olacağı gözlənilir.