logo

Koronovirus fonunda Fransada bələdiyyə seçkiləri keçirilir

12:39 15-03-2020 | icon 2541
Koronovirus fonunda Fransada bələdiyyə seçkiləri keçirilir

Dünyada Covid-19 pandemiyasının geniş vüsət almasına, Fransanın epidemiyanın 3-cü mərhələsində olmasına və burada karantin elan edilməsinə baxmayaraq, martın 15-də yerli vaxtla səhər saat 08:00-də ölkədə bələdiyyə seçkilərinə start verilib.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki, Fransada bələdiyyə seçkilərinin birinci turunda 20 min 765 siyahı üzrə 902 465 namizəd qeydə alınıb. Namizəd qeydə alınmayan 106 kommunada seçkilər keçirilməyəcək.

Seçki məntəqələrində Covid-19 pandemiyasına qarşı bütün tədbirlərin görülüb.

Xatırladaq ki, Fransa baş naziri Eduard Filip Covid-19 pandemiyası ilə əlaqədar martın 15-i yerli vaxtla saat 00:00-dan etibarən bütün ölkə ərazisində karantin elan edib.