logo

Salyanda avtomobil piyadanı vurub öldürdü

10:39 15-03-2020 | icon 2023
Salyanda avtomobil piyadanı vurub öldürdü

Salyanda avtomobilin vurduğu piyada xəstəxanada ölüb.

YeniAvropa xəbər verir ki,  hadisə ötən gecə şəhərdəki “Ay işığı” ticarət mərkəzinin qarşısında baş verib.

Salyan şəhər sakini, 1957-ci il təvəllüdlü Hüseynov Oqtay Hüseyn oğlu yolu keçmək istəyərkən onu “Mercedes” markalı minik avtomobili vurub. Yaralı Salyan Şəhər Mərkəzi Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq xəstənin həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.