logo

"AZAL" bir sıra ölkələrə uçuşları dayandırdı

16:31 14-03-2020 | icon 2310
"AZAL" bir sıra ölkələrə uçuşları dayandırdı

Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən koronavirus (COVID-19) infeksiyasının qlobal xarakterli pandemiya elan olunduğu nəzərə alınaraq, COVID-19 virusunun ölkə ərazisində yayılmasının qarşısının alınması tədbirləri çərçivəsində 15 mart tarixindən etibarən “Azərbaycan Hava Yolları”nın Bakı-Paris-Bakı, Bakı-Berlin-Bakı, Bakı-Nursultan-Bakı, Bakı-Aktau-Bakı, Bakı-Almatı-Bakı istiqamətləri üzrə uçuşları müvəqqəti olaraq dayandırılır.

 YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

“Operativ Qərargahın 2020-ci il 12 mart tarixli məlumatına əlavə olaraq bildiririk ki, Azərbaycan Respublikasının səfirlik və baş konsulluqları tərəfindən ölkəyə giriş vizalarının rəsmiləşdirilməsi müvəqqəti olaraq məhdudlaşdırılmış əsasda veriləcək”, - deyə məlumatda qeyd edilir.