logo

Bir sıra turizm müəssisələrinə giriş qadağan edildi

11:59 14-03-2020 | icon 287
Bir sıra turizm müəssisələrinə giriş qadağan edildi

Dövlət Turizm Agentliyi Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahının martın 14-də saat 00:00-dan etibarən ölkə ərazisində bəzi sosial izolyasiya tədbirlərinin tətbiqi qərarını rəhbər tutaraq tabeliyində olan turizm nümayiş obyektləri, məbəd və muzeylərə girişə məhdudiyyət qoyur.

Dövlət Turizm Agentliyindən YeniAvropa-ya bildirilib ki, aşağıda adları qeyd olunan mədəni turizm müəssisələri ölkə ərazisində tətbiq olunan profilaktik sosial izolyasiya tədbirləri müddətində və Operativ Qərargahın xüsusi qaydalarla əlaqədar qəbul edəcəyi növbəti qəraradək ziyarətçilər üçün qapalı olacaq.

“Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğu;

“Yanar dağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu;

“Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğu: Şəki Xan Sarayı, Şəkixanovların ev-muzeyi, Şəki Diyarşünaslıq Muzeyi, Şəki Xalq Tətbiqi Sənət Muzeyi və Şəki Rəsm Qalereyası;

“Kiş” Tarix-Memarlıq Qoruğu: Alban Məbədi.