logo

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 36 nəfər saxlanılıb

11:21 14-03-2020 | icon 1960
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 36 nəfər saxlanılıb

Respublikanın daxili işlər orqanları ötən gün törədilmiş 33 cinayətin üstünü "isti izlər"lə açıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildiriblər ki, axtarışda olduğuna görə ümumilikdə 46 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 25 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

 Respublikanın avtomobil yollarında baş vermiş bir ağır yol-nəqliyyat hadisəsi nəticəsində bir nəfər ölüb.

Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 20, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyənləşdirilib.

Cinayət törətməkdə şübhəli bilinən 36 nəfər saxlanılıb.