logo

Prezident Filippinim paytaxtı Manilanı bağlı şəhər elan etdi

10:37 14-03-2020 | icon 2296
Prezident Filippinim paytaxtı Manilanı bağlı şəhər elan etdi

Dünya ölkələrinin əksəriyyəti kimi Filippin də yeni koronavirusun yayılmasının qarşısını almaq üçün ciddi tədbirlər həyata keçirir.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki, ölkə prezidenti Rodriqe Duterte martın 15-dən başlayaraq paytaxta – Manila şəhərinə bütün daxili girişin və çıxışın bir ay müddətinə bağlandığını elan edib. Bu barədə qərar Filippində 52 nəfərin yeni koronavirusa yoluxması barədə məlumat rəsmi olaraq təsdiq edildikdən sonra qəbul olunub.

Prezident Rodriqe Duterte məktəblərin bağlanması və digər kütləvi tədbirlərin qadağan olunması barədə də qərar qəbul edib. Prezident bildirib ki, bu barədə qərarlar mütəxəssislərin rəyi əsasında qəbul olunub.