logo

Merkellə Makron İstanbul Liderlər Zirvəsinə telekonfransla qatılacaqlar

09:32 14-03-2020 | icon 567
Merkellə Makron İstanbul Liderlər Zirvəsinə telekonfransla qatılacaqlar

Martın 17-də İstanbulda keçirilməsi nəzərdə tutulan Liderlər Zirvəsi yeni növ koronavirusa qarşı tədbir məqsədilə telekonfrans yolu ilə baş tutacaq.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, telekonfrans Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Fransa prezidenti Emmanuel Makron və Almaniya kansleri Angela Merkelin iştirakı ilə keçiriləcək.

Zirvə görüşündə İdlib və köçkün məsələsi, eləcə də Türkiyə-Avropa İttifaqı əlaqələrinin müzakirəsi gözlənilir.