logo

Azərbaycan Gürcüstanla bütün gediş-gəlişi bağladı

21:37 13-03-2020 | icon 2177
Azərbaycan Gürcüstanla bütün gediş-gəlişi bağladı

2020-ci il 14 mart saat 00:00-dan etibarən 10 günlük müddətə Azərbaycan və Gürcüstan arasında dövlət sərhədinin bütün nəqliyyat vasitələri üçün müvəqqəti bağlanması barədə qərar qəbul edilib.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin mətbuat xidmətindən  bildirilib. Qeyd edilib ki, bu barədə martın 13-də Azərbaycanın baş naziri Əli Əsədov ilə Gürcüstanın baş naziri Giorgi Qaxariya arasında telefon danışığı zamanı razılıq əldə edilib. 

Hökumət başçıları bu addımı hər iki ölkənin vətəndaşlarının təhlükəsizliyinin təmin edilməsi və sağlamlığının qorunması məqsədilə atdıqlarını qeyd ediblər. 

Həmçinin razılığa gəlinib ki, Azərbaycan ərazisində olan Gürcüstan vətəndaşlarının ölkədən çıxmasını, Gürcüstan ərazisində olan Azərbaycan vətəndaşlarının ölkəyə gəlməsini təşkil etmək üçün zəruri dəhliz təmin olunacaq. Eyni zamanda, yükdaşımaların həyata keçirilməsi üçün tranzit dəhliz də fəaliyyət göstərəcək.