logo

Baş nazirdə də  koronavirus aşkarlandı

20:37 13-03-2020 | icon 294
Baş nazirdə də  koronavirus aşkarlandı

Rumıniyada baş nazir vəzifəsini müvəqqəti icra edən Lüdovik Orban koronavirusa yoluxduğunu və bununla əlaqədar evdə təcrid olunacağını bildirib.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, baş nazirdən əvvəl eyni partiyadan, Rumıniya Milli Liberal Partiyasının senatoru Verjil Kitsak koronavirusla bağlı analiz verərkən müsbət cavab alıb. Bununla bağlı partiyanın bir çox məsul üzvləri evdə təcrid olunacaqlar. Baş verənlərlə əlaqədar Rumıniya parlamentində deputatlar, burada akkreditə olunan jurnalistlər və parlament işçilərindən analizlər götürülüb.