logo

Bakıda 2 avtomobil tuneli istifadəyə verildi

18:20 13-03-2020 | icon 2464
Bakıda 2 avtomobil tuneli istifadəyə verildi

Martın 13-də Bakıxanov və Sabunçu qəsəbələri arasında, Asəf Əsədullayev küçəsi ilə Qambay Vəzirov küçəsinin kəsişməsində, eləcə də Keşlə dəmir yolu stansiyasının yaxınlığında, M.Ə.Sabir küçəsində avtomobil tunelləri istifadəyə verilib.

 YeniAvropa xəbər verir ki, Bakıxanov və Sabunçu qəsəbələri arasındakı tunelin uzunluğu 388 metr, hündürlüyü 5,5 metr, eni isə 13,5 metr, qapalı hissənin uzunluğu 68 metr təşkil edir. Burada avtomobillərlə yanaşı, piyadaların hərəkəti üçün də səki salınıb. Bu tuneldən piyadaların keçid kimi istifadə edə bilməsinə şərait yaradacaq. Bundan əlavə, yağış və qrunt sularının kənarlaşdırılması məqsədilə nasosxana tikilib. Bunun üçün 3 nasos, bundan əlavə də 100 kilovatlıq transformator və generator quraşdırılıb. Tunelin tikintisinə ötən il avqustun 23-dən başlanılıb.

Keşlə dəmir yolu stansiyasının yaxınlığındakı tunelin isə uzunluğu 208 metr, eni 14 metr, hündürlüyü isə 5,25 metrdir. Qapalı hissənin uzunluğu 48 metr təşkil edir. Ərazidə əvvəllər avtomobil yolu ilə dəmir yolu kəsişirdi. Bu da həm avtomobillərin, həm də qatarların hərəkəti üçün təhlükəli vəziyyət yaradırdı. Qatarların keçidi zamanı, xüsusilə pik saatlarda avtomobillərin gözləməsinə səbəb olurdu. Tunelin istifadəyə verilməsi ilə belə hallar aradan qaldıracaq, hərəkətin təhlükəsizliyi təmin ediləcək.

Tuneldə piyadaların təhlükəsiz hərəkətinə də şərait yaradılıb. Bundan əlavə, yağış və qrunt sularının kənarlaşdırılması məqsədilə nasosxana tikilib. Bunun üçün 3 nasos, bundan əlavə də 100 kilovatlıq transformator və generator quraşdırılıb. Tunelin tikintisinə keçən ilin mayından başlanılıb.