Yol Polisi sürücülərə müraciət etdi
Respublika ərazisində yol təhlükəsizliyi tədbirlərinin keçirilməsi ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edib.
İdarədən YeniAvropa-ya verilən məlumata görə, son günlər respublikanın avtomobil yollarında baş vermiş yol-nəqliyyat hadisələrinin təhlili göstərir ki, qəzalar nəticəsində ölən və xəsarət alanların əksəriyyəti istismar müddəti çox olan, müasir təhlükəsizlik elementləri ilə təchiz edilməmiş köhnə avtomobillərin sürücüləri və sərnişinləridir. Lakin təəssüflər olsun ki, belə avtomobillərin konstruksiyasında bütün oturacaqlar üçün yeganə təhlükəsizlik elementi olan təhlükəsizlik kəmərlərinin nəzərdə tutulmasına və istehsalçı zavod tərəfindən təchiz edilməsinə baxmayaraq, bəzi nəqliyyat vasitələrinin sürücüləri tərəfindən arxa oturacaqların kəmərləri bilərəkdən çıxarılır ki, bu da toqquşma və ya aşma zamanı salondakı insanların həlak olmalarına, yaxud ağır yaralanmalarına səbəb olur.
Belə halların qarşısının alınması məqsədilə Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücüləri xəbərdar edir ki, martın 15-dən respublika üzrə keçiriləcək təhlükəsizlik tədbirləri zamanı konstruksiyasında təhlükəsizlik kəmərləri nəzərdə tutulmuş avtomobil saxlanılarkən təhlükəsizlik kəmərlərinin çıxarılması halları müəyyən edilərsə, həmin nəqliyyat vasitəsini idarə edən sürücü, kəmərlərin mövcud olduğu, lakin arxa və ya qabaq oturacaqdan asılı olmayaraq hərəkət zamanı sərnişin tərəfindən istifadə edilməməsinə görə isə sərnişinlər inzibati məsuliyyətə cəlb ediləcəklər.
Ümid edirik ki, hər bir hərəkət iştirakçısı müraciətimizə düşünülmüş şəkildə yanaşacaq, yol hərəkəti qaydalarına ciddi əməl etməklə özünün və doğmalarının həyatını təhlükə ilə qarşı-qarşıya qoymayacaq.
Zərərçəkmişin razılığı olmadan fotosunu KİV-də yayanlar cəzalandırılacaq
Vergi orqanlarının vəzifəli şəxslərinin maaşları artırılır
Sabah Bakıda 29° isti olacaq
“Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” elan edilir
Yeni il axşamı kafedə tanışlarını öldürən gəncin məhkəməsi başlayır
Rusiya Ukraynanın şəhərlərini bömbalayıb:Ölən və xəsarət alanlar var
Bakıda bədii gimnastika üzrə Dünya Kuboku start götürüb
Rusiyada hərbi təyyarə qəzaya uğrayıb:Pilotlardan biri həlak olub
Bakıda TDT diplomatiya akademiyalarının toplantısı keçiriləcək
Parlamentdə Hesablama Palatasının ötən il üzrə hesabatı dinlənilir
ABŞ Fələstinin BMT-yə tamhüquqlu üzv olmasını əngəlləyib
Milli Məclisin iclasında 14 məsələ müzakirəyə çıxarılıb
Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanılıb
İsrail İrana raket zərbəsi endirib
"Xəzər səması-2024" birgə taktiki təlimi keçirilib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 58 nəfər saxlanılıb
Azərbaycan nefti 88,51 dollara satılır
Qəbiristanlıqdan oğurluq edən keçmiş məhkumlar saxlanılıb
Sumqayıtda valideynlərini öldürən gənc həbs edilib
UEFA Avropa Liqası: Bütün yarımfinalçılar müəyyənləşib
“Azercell” ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edir
İranlı narkotacirin kuryerində 12 kq marixuana aşkarlanıb
SOCAR “ACWA Power”la "Yaşıl Gübrə” layihəsi çərçivəsində əməkdaşlıq edəcək
Azərbaycanla Türkiyə arasında ikiqat vergitutma ləğv edilir
Azərbaycan ilə Çinin baş prokurorluqları əməkdaşlığı genişləndiriir