logo

Vitse-spiker Almaniyadan qayıdarkən karantinə götürüldü

13:59 13-03-2020 | icon 301
Vitse-spiker Almaniyadan qayıdarkən karantinə götürüldü

Qırğızıstan parlamenti - Joqorku Keneş sədrinin müavini Aida Kasımaliyeva martın 12-dən 13-nə keçən gecə Almaniyaya işgüzar səfərdən qayıtdıqdan sonra ev şəraitində 14 günlük karantinə yerləşdirilib.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, Aida Kasımaliyeva analizlərinin nəticələrini gözləyir.

A.Kasımaliyeva deyib: “Bundestaqın dəvəti ilə bu ölkədə səfərdə oldum və müxtəlif görüşlər keçirdim. Koronavirus təhlükəsi səbəbindən görüşlərin bir hissəsini təxirə saldıq və mən ölkəyə qayıtdım. 14 gün evdə işləməli olacam. Mən özümü yaxşı hiss edirəm və orqanizmimdə heç bir dəyişiklik yoxdur. Karantində olduğum müddətdə ailə üzvlərim başqa yerdə yaşayacaq”.

Xatırladırıq ki, Almaniya koronavirusun yayıldığı birinci dərəcəli ölkələr sırasına daxildir.