logo

Daxili işlər naziri də koronavirusa yoluxdu

11:33 13-03-2020 | icon 2471
Daxili işlər naziri də koronavirusa yoluxdu

Martın 13-də Avstraliyanın daxili işlər naziri Piter Datton yeni koronavirusla bağlı onda aparılan yoxlamanın müsbət nəticə verdiyini bildirib.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki, bu barədə nazir özünün “Twitter” səhifəsində yazıb: “Bu gün səhər yüksək temperatur və boğazımdakı ağrı məni yuxudan oyatdı. Təcili olaraq Kvinslend Səhiyyə Departamenti ilə əlaqə saxladım. Nahar vaxtı mənə bildirdilər ki, aparılan yoxlamanın nəticəsi müsbətdir”.

Piter Datton bildirib ki, o,  hazırda xəstəxanadadır və özünü yaxşı hiss edir.

Xatırladaq ki, bu günədək Avstraliyada yeni koronavirusa 120 yoluxma halı qeydə alınıb. Yoluxanlardan üçü vəfat edib, 19 nəfər isə müalicə edilərək evə buraxılıb.