logo

UEFA bütün avrokubok turnirlərini  dayandırdı

18:17 12-03-2020 | icon 2898
UEFA bütün avrokubok turnirlərini  dayandırdı

Martın 12-də Avropa Futbol Federasiyaları Assosiasiyası (UEFA) avrokuboklarla bağlı yeni məlumat yayıb.

 YeniAvropa UEFA-nın saytına istinadla xəbər verir ki, koronavirusun yayılması ilə əlaqədar bütün avrokubok turnirləri müvəqqəti olaraq dayandırılıb.

Xatırladaq ki, daha əvvəl koronavirus pandemiyası üzündən İtaliya və İspaniya çempionatları dayandırılıb. Bir sıra ölkələrin çempionatlarının oyunları azarkeşsiz keçirilir.