logo

Qazaxıstanda Qələbənin 75 illiyinə həsr olunan hərbi parad ləğv edilib

17:59 12-03-2020 | icon 280
Qazaxıstanda Qələbənin 75 illiyinə həsr olunan hərbi parad ləğv edilib

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev faşizm üzərində Qələbənin 75 illiyi münasibətilə Nur-Sultanda keçiriləcək hərbi paradın və digər tədbirlərin ləğv edilməsi barədə tapşırıq verib.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, koronavirusla əlaqədar nəzərdə tutulan qabaqlayıcı tədbirlər çərçivəsində dövlət başçısı əvvəlcədən planlaşdırılan beynəlxalq forumların da təxirə salınmasını tapşırıb.

Buna baxmayaraq, ölkədə böyük müəssisələr, kiçik və orta sahibkarlıq subyektləri fəaliyyətini davam etdirir.