logo

Keçmiş məhkumun avtomobildən 5 kq-dan artıq marixuana götürüldü

14:48 12-03-2020 | icon 2100
Keçmiş məhkumun avtomobildən 5 kq-dan artıq marixuana götürüldü

Qaradağ Rayon Polis İdarəsinin 11-ci polis bölməsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Lökbatan qəsəbə sakini, əvvəllər məhkum olunmuş N.Nəcəfovdan 50 qramdan artıq tiryək, 13 qramdan çox metamfetamin və metadon, “Nissan” markalı avtomobilindən isə 5 kiloqramdan artıq marixuana aşkar edilərək götürülüb.

YeniAvropa xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.