logo

Maska "alverçilərii"ndən biri “Avromed”in direktorunun həyat yoldaşı çıxdı

14:15 12-03-2020 | icon 2016
Maska "alverçilərii"ndən biri “Avromed”in direktorunun həyat yoldaşı çıxdı

Daxili İşlər Nazirliyi bir neçə gün öncə koronavirus epidemiyası ilə bağlı tibbi maska qıtlığı yaranan ərəfədə ölkədən 1 milyondan çox maska çıxarmaq istəyən şəxsləri saxlamışdı.

YeniAvropa xəbər verir ki, onların arasında “Avromed” şirkətinin baş direktoru Əzizə Baxşıyevanın həyat yoldaşı Riad Məmmədov olub.

R.Məmmədov Bakıda aptek şəbəkəsinə rəhbərlik edir. 

Əldə etdiyimiz məlumata görə, R.Məmmədov həbs edilməsə də, bu işlə bağlı araşdırmalar davam etdirilir. Yekunda o və onunla birgə saxlanılanların əməlinə hüquqi qiymət veriləcək.

Qeyd edək ki, DİN-in sözügedən əməliyyatla bağlı yaydığı açıqlamada qeyd olunurdu ki, son günlər tibbi maskalara artan tələbatdan sui-istifadə edərək  qanunsuz yolla gəlirlərini artırmaq istəyən, ayrı-ayrılıqda fəaliyyət göstərən, içərilərində xarici ölkə vətəndaşları da olan bir neçə dəstə ifşa edilib və onların hər bir üzvü saxlanılıb.

Xatırladaq ki, Əzizə Baxşıyeva martın 5-də “Real” TV-yə müsahibə verərək ölkədə yaranan maska qıtlığından danışaraq bütün ölkəni lazımi qədər maska ilə təmin etdiklərini bildirmişdi. O qeyd edib ki, insanlara lazım olandan daha çox maska alıb evə yığdığı üçün bu sahədə çətinlik yaranıb. Lakin onun əri Riyad Məmmədov 1 milyondan çox maskanı alıb kirayəyə götürdükləri evdə saxlayaraq qıtlıq yaratmaqda ittiham edilir.

   “Qafqazinfo”