logo

İlham Əliyev Ağdaş və Göyçay rayonlarının qazlaşdırılmasına 11,97 milyon manat ayırdı

12:30 12-03-2020 | icon 2212
İlham Əliyev Ağdaş və Göyçay rayonlarının qazlaşdırılmasına 11,97 milyon manat ayırdı

Prezident İlham Əliyev martın 12-də “Ağdaş və Göyçay rayonlarında yaşayış məntəqələrinin qazlaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” sərəncam imzalayıb.

YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.Sərəncamla Ağdaş və Göyçay rayonlarında ərazi vahidlərinin, o cümlədən yeni yaşayış massivlərinin qazlaşdırılması işlərinin davam etdirilməsi məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.11.1-ci yarımbəndində göstərilmiş məbləğin 11,97 milyon manatı Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə ayrılıb.