logo

Qazaxıstanda koronavirus görə bütün ictimai tədbirlər ləğv edilib

10:55 12-03-2020 | icon 2541
Qazaxıstanda koronavirus görə bütün ictimai tədbirlər ləğv edilib

Qazaxıstan Ümumdünya Səhiyyə Təşkilatının koronavirusla bağlı pandemiya elan etməsi fonunda xüsusi profilaktik tədbirləri həyata keçirməyə başlayıb.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, ölkə başçısı Kasım-Jomart Tokayev qlobal koronavirus pandemiyası səbəbindən Qazaxıstanda ictimai tədbirləri ləğv edib .

Qeyd edək ki,  bu günədək Qazaxıstanda koronavirus infeksiyasına yoluxma hadisəsi qeydə alınmayıb.

Xatırladaq ki, hazırda koronavirus 124 ölkəyə yayılıb. "COVID-19" virusuna yoluxanların sayı 126 380 nəfərə, ölənlərin ümumi sayı 4 634-də çatıb.