logo

Daha bir dünya çempionatı ləğv edildi

10:32 12-03-2020 | icon 2849
Daha bir dünya çempionatı ləğv edildi

Martın 16-dan 22-dək Kanadanın Monreal şəhərində keçirilməsi nəzərdə tutulan fiqurlu konkisürmə üzrə dünya çempionatı ləğv edilib.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki, Kvebek əyalətinin rəhbərliyi bu addımı koronavirus epidemiyasına görə atıb.

Yubiley - 110-cu dünya çempionatının nə vaxt keçiriləcəyi barədə heç bir məlumat verilməyib.

Qeyd edək ki, bir müddət əvvəl Kanada rəhbərliyi ölkədə təşkil olunacaq qadın hokkeyçilər arasında dünya çempionatını da ləğv edib.