logo

ABŞ ticarət missiyasının  Azərbaycana səfərinin vaxtı dəyişdi

10:10 12-03-2020 | icon 2653
ABŞ ticarət missiyasının  Azərbaycana səfərinin vaxtı dəyişdi

ABŞ ticarət missiyasının Azərbaycana səfərinin vaxtı dəyişdirilib. 

YeniAvropa xəbər verir ki, bu barədə səfərin təşkilatçıları olan ABŞ-Azərbaycan Ticarət Palatası və Amerika-Gürcüstan Biznes Şurası birgə bəyanat yayıb.

Bəyanatda bildirilir ki, bu il aprelin 5-10-da həyata keçirilməsi nəzərdə tutulan ABŞ-dan Azərbaycana və Gürcüstana ticarət missiyasının yeni koronovirus (COVİD-19) səbəbindən qlobal sağlamlıq vəziyyətinin pisləşməsinə görə təxirə salınır.

Qeyd olunur ki, vəziyyətin gedişatı nəzərdə saxlanılacaq, bölgədəki korporativ iştirakçıların və yerli tərəfdaşların təhlükəsizliyinə əmin olunduğu vaxtda yeni tarix barədə məlumat veriləcək.

Qeyd edək ki, ABŞ şirkətlərinin Azərbaycan və Gürcüstana nəzərdə tutulan ticarət missiyası Birləşmiş Ştatların Ticarət Nazirliyi tərəfindən sertifikatlaşdırılıb və bu ölkənin Ticarət Xidməti ilə birgə həyata keçirilməsi nəzərdə tutulur.