logo

İranda koronavirusla mübarizədə həlak olanlara şəhid statusu verilib

11:21 12-03-2020 | icon 154
İranda koronavirusla mübarizədə həlak olanlara şəhid statusu verilib

İranın Ali Rəhbəri Ayətullah Əli Xameneyi koronavirusla mübarizə zamanı həlak olan həkimlərə və  İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) üzvlərinə şəhid statusunun verilməsi haqqında sərəncam imzalayıb.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, İranda koronavirusa yoluxanlar arasında vəzifəli şəxslərin sayı da artmaqda davam edir. 

İranın Əl İşləri Sənayesi, Mədəni İrs və Turizm naziri Əli Əsgər Munisan, həmçinin Ticarət və Sənaye naziri Rza Rəhmani də virusa yoluxaraq karantinə alınıblar. Onlardan başqa, İranın Ali Rəhbəri Administrasiyasının yüksək vəzifəli əməkdaşı Məhəmməd Cavad İrəvani də virusa yoluxanlar arasındadır. Bundan əlavə, İran parlamentinin 8 üzvü virusa yoluxub və onlardan ikisi həyatını itirib.

Daha əvvəl isə İranın vitse-prezidentləri İshaq Cahangiri və Mənsumə Ebtikar da virusa yoluxublar. Onların müalicəsi davam edir. 

 

Hazirda İranın dövlət idarələrində hər gün dezinfeksiya işləri həyata keçirilir.

Xatırladaq ki,martın 11-də İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) nümayəndəsi Ramazan Şərif açıqlama verərək bildirib ki, qurumun koronavirusla mübarizədə fəal iştirak edən 5 üzvü həlak olub.