logo

Güləş üzrə Avropa Olimpiya təsnifat turniri təxirə salındı

21:15 11-03-2020 | icon 2863
Güləş üzrə Avropa Olimpiya təsnifat turniri təxirə salındı

Martın 19-dan 22-dək Budapeştdə keçirilməsi nəzərdə tutulan güləş üzrə Avropa Olimpiya təsnifat turniri təxirə salınıb.

Azərbaycan Güləş Federasiyasından YeniAvropa-ya bildiriblər ki, Macarıstan dövləti martın 11-də bu barədə qərar çıxarıb.

Təşkilatçı ölkə Dünya Güləş Birliyi (UWW) ilə ortaq fikrə gələrək, koronavirus epidemiyası ilə əlaqədar belə addım atıb. Yarışın apreldə və ya mayda keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, turnirdə Azərbaycan güləşçilərinin də iştirakı nəzərdə tutulurdu.