logo

Türkmənistan prezidentinin Azərbaycan səfəri başa çatıb

20:57 11-03-2020 | icon 2254
Türkmənistan prezidentinin Azərbaycan səfəri başa çatıb

Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədovun Azərbaycana rəsmi səfəri başa çatıb.

 YeniAvropa xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Türkmənistan prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Prezident Qurbanqulu Berdiməhəmmədovu Azərbaycanın baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər yola salıblar.