Avropa Liqasının 1/8 final mərhələsində sabah keçirilməli olan "Sevilya" (İspaniya) - "Roma" (İtaliya) və "İnter" (İtaliya) - "Xetafe" (İspaniya) oyunları təxirə salınıb.
YeniAvropa xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı xəbər yayıb.
Bildirilib ki, koronavirus səbəbindən İtaliya və İspaniya arasındakı turist səfərləri məhdudlaşdırıldığına görə belə bir qərar qəbul edilib.