logo

Koronavirusa grə Tbilisidə 10-dan artıq otel fəaliyyətini dayandırdı

19:15 11-03-2020 | icon 2527
Koronavirusa grə Tbilisidə 10-dan artıq otel fəaliyyətini dayandırdı

Koronavirusun Gürcüstan iqtisadiyyatına mənfi təsirləri davam edir. Mart-aprel ayları üçün otellərdə bron edilmiş yerlərin 90 faizi ləğv olunub.

YeniAvropa xəbər verir ki, artıq paytaxt Tbilisidə 10-dan çox otel fəaliyyətini müvəqqəti dayandırıb. Yaxın bir neçə gün ərzində daha bir neçə otelin fəaliyyətini dayandıracağı gözlənilir.

Bölgələrdəki otellərin də eyni addım atacağı bildirilir.

Qeyd edilir ki, otellərin əməkdaşları ödənişsiz məzuniyyətə göndərilib. Otel sahibləri vergilərin ödəmələrinin təxirə salınması ilə bağlı hökumətin qərarını gözləyirlər.

Qeyd edək ki, Gürcüstan hökuməti turizm sektoru üçün böhran əleyhinə plan hazırlayır.