logo

Azərbaycan-Misir hərbi əməkdaşlığı müzakirə edilib

14:58 11-03-2020 | icon 2135
Azərbaycan-Misir hərbi əməkdaşlığı müzakirə edilib

Bakıda Azərbaycan ilə Misir arasında hərbi əməkdaşlıq məsələləri müzakirə edilib

YeniAvropa Müdafiə Nazirliyi mətbuat xidmətinə istinadla birdirir ki, bu gün müdafiə naziri general-polkovnik Zakir Həsənov Misir Ərəb Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Adel İbrahim ilə görüşüb.
Görüşdə Azərbaycan ilə Misir arasında mövcud dostluq münasibətlərinin dövlətlərimizin maraqlarına uyğun daim inkişaf etdiyini qeyd edən nazir hərbi sahədə əməkdaşlığın vacibliyini vurğulayıb.
Regiondakı hərbi-siyasi vəziyyətdən danışan general-polkovnik Z.Həsənov diqqətə çatdırıb ki, Ermənistanın işğalçılıq siyasəti bu gün də davam edir və danışıqların uzadılması bölgədəki sabitliyə mənfi təsir göstərir.
Səfir Adel İbrahim öz növbəsində Misirin Azərbaycan ilə əlaqələrinin daha da genişləndirilməsinə önəm verdiyini vurğulayıb.
Görüşdə tərəflər hərbi-texniki, hərbi təhsil, hərbi tibb sahələrində əməkdaşlıq məsələlərini müzakirə ediblər.