logo

Azərbaycan hələ ki, strateji valyuta ehtiyatlarına toxunmayacaq

12:13 11-03-2020 | icon 2310
Azərbaycan hələ ki, strateji valyuta ehtiyatlarına toxunmayacaq

Bu gün, hələ ki, strateji valyuta ehtiyatlarından istifadə haqqında düşünmürük.

 YeniAvropa xəbər verir ki, bu barədə bu sözləri jurnalistlərə Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov neftin qiymətinin kəskin azalmasının manatın məzənnəsinə təsiri ilə bağlı açıqlamasında deyib.

“Ölkənin kifayət qədər valyuta ehtiyatı var. Dövlət Neft Fondunun transfertləri dəyişmir. Mərkəzi Bankın öz ehtiyatları, Maliyyə Nazirliyinin əhəmiyyətli ehtiyatları mövcuddur. Biz bütün ehtiyatlardan tam istifadə edəcəyik. Güman edirəm ki, problem biz gözlədiyimizdən daha tez başa çatacaq. Lakin bizim strateji valyuta ehtiyatlarımızın olduğunu da unutmaq lazım deyil”, - deyə Mərkəzi Bankın sədri bildirib.