logo

Türkmənistan prezidentinin rəsmi qarşılanma mərasimi olub

10:30 11-03-2020 | icon 2184
Türkmənistan prezidentinin rəsmi qarşılanma mərasimi olub

Martın 11-də Azərbaycana rəsmi səfərə gələn Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədovun rəsmi qarşılanma mərasimi olub.

YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Türkmənistan prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Prezident İlham Əliyev Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədovu qarşılayıb.

Fəxri qarovul dəstəsinin rəisi Türkmənistan prezidentinə raport verib.

Prezident İlham Əliyev və prezident Qurbanqulu Berdiməhəmmədov fəxri qarovul dəstəsinin qarşısından keçiblər.

Türkmənistan prezidenti Azərbaycan əsgərlərini salamlayıb.

Sonra Türkmənistanın və Azərbaycanın dövlət himnləri səsləndirilib.

Azərbaycan nümayəndə heyətinin üzvləri prezident Qurbanqulu Berdiməhəmmədova, Türkmənistan nümayəndə heyətinin üzvləri prezident İlham Əliyevə təqdim olunub.

Daha sonra dövlət başçıları rəsmi foto çəkdiriblər.