logo

Koronavirusa görə karantinə alınlardan 312 nəfəri sərbəst buraxılıb

18:55 10-03-2020 | icon 2184
Koronavirusa görə karantinə alınlardan 312 nəfəri sərbəst buraxılıb

Martın 10-na olan məlumata görə, müayinə və laborator analizlər vasitəsilə infeksiyaya yoluxma faktı təsdiq edilməmiş və səhhəti şübhə doğurmayan 312 nəfər karantin müddətini başa vuraraq sərbəst buraxılıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin yanında operativ qərargahdan məlumat verilib.

Bildirilib ki, Azərbaycanda koronavirus (COVID - 19) infeksiyasının yayılmasının qarşısının alınması və infeksiyaya yoluxma hallarının müəyyənləşdirilməsi məqsədilə müxtəlif xəstəxanalarda yaradılmış karantin zonalarına daxil olan şəxslərin müayinəsi davam etdirilir.

Dünya Səhiyyə Təşkilatının tövsiyələrinə uyğun olaraq, karantinə alınan şəxslər müvafiq müayinədən keçirilir, o cümlədən onlardan laborator analizlər götürülür, səhhətləri nəzarət altında saxlanılır. İnfeksiyaya yoluxma faktı təsdiq olunan şəxslər dərhal xüsusi rejimli xəstəxanalara köçürülür, onların müalicəsi ilə bağlı müvafiq tədbirlər görülür.