logo

“Azercell”dən Novruz hədiyyələri davam edir

17:21 10-03-2020 | icon 1057
“Azercell”dən Novruz hədiyyələri davam edir

Ölkənin lider mobil operatoru “Azercell Telecom” Novruz bayramı ərəfəsində abunəçilərini sevindirməyə davam edir. Şirkət bayram çərşənbəsində fakturasız xətt abunəçilərinə daha bir xüsusi endirim təklif edir.

YeniAvropa xəbər verir ki, bu barədə şirkətdən bildirilib. Belə ki, endirim kampaniyası çərçivəsində fakturasız xətt abunəçiləri bu gün, mart ayının 10-u, çərşənbə axşamı “Aylıq 30 GB” internet paketinə qoşularkən 20 faiz xüsusi endirimdən yararlanmaq imkanı əldə edir.

Əlavə məlumat üçün

https://www.azercell.com/az/personal/campaigns/monthly/novruz_endirim_yel/” müraciət edin.

Xatırladaq ki, “Azercell” fevral ayının 25-dən başlayaraq hər çərşənbə axşamı xüsusi endirim kampaniyaları keçirir, müxtəlif tarif və internet paketlərinə qoşulma zamanı endirimlərdən yararlanmaq imkanı yaradır. Mobil operator ötən həftələrdə “Sərbəst 15” paketinə 20 faiz, “Limitsiz Gecə” paketinə isə 50 faiz təqdim edib.

Yel çərşənbəsi münasibətilə hər birinizi təbrik edirik! Bayramdan birlikdə zövq alaq!

Daha ətraflı məlumat üçün “[email protected]” ünvanına müraciət edə bilərsiniz.