logo

UEFA avrokubok oyunları öncəsi əllə görüşməyi qadağan edib

15:47 10-03-2020 | icon 910
UEFA avrokubok oyunları öncəsi əllə görüşməyi qadağan edib

UEFA koronavirus epidemiyasının yayılmasının qarşısını almaq məqsədilə növbəti qərar qəbul edib.

 YeniAvropa  "TASS" informasiya agentliyinə istinadla xəbər verir ki, futbolçulara avrokubok oyunları öncəsi əllə görüşmək qadağan olunub.

Bu addım Ümumdünya Səhiyyə Təşkilatının tövsiyəsi ilə atılıb.

Qeyd edək ki, qitə futbol qurumu daha əvvəl Çempionlar Liqasının səkkizdəbir final mərhələsində “Valensiya” (İspaniya) – “Atalanta” (İtaliya), həmçinin Avropa Liqasının onaltıdabir finalının “Kopenhagen” (Danimarka) – “Başakşehir” (Türkiyə) matçlarının azarkeşsiz keçiriləcəyini açıqlayıb. Bundan başqa, Çempionlar Liqasının səkkizdəbir final mərhələsinin “Paris Sen-Jermen” (Fransa) – “Borussiya Dortmund” (Almaniya) oyunu da azarkeşsiz keçiriləcək.