logo

İranda zəlzələ olub

12:59 10-03-2020 | icon 2562
İranda zəlzələ olub

Bu gün səhər saatlarında İranın Xoy şəhəri yaxınlığına 4 bal gücündə zəlzələ baş verib.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, Tehran universitetinin seysmoloji mərkəzinin açıqlamasına görə zəlzələ nəticəsində Xoy şəhərində və ətraf kəndlərdəki evlərə və ictimai binalara ciddi ziyan dəyib. Ölən və yaralanlar haqqında hələlik məlumat verilmir.

Hadisə yerində təcili tibbi yardım briqadaları və xilasedicilər işləyirlər.

Xatırladaq ki, fevralın 23-də İranın Xoy şəhərində 5,7 gücündə zəlzələ baş vermişdi. Nəticədə 4 min evə ciddi ziyan dəymişdi.