logo

Koronavirusa görə Özbəkistanda bütün idman tədbirləri dayandırıldı

12:11 10-03-2020 | icon 2499
Koronavirusa görə Özbəkistanda bütün idman tədbirləri dayandırıldı

Koronavirus təhlükəsi ilə əlaqədar Özbəkistanda bütün beynəlxalq idman tədbirləri təxirə salınıb.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki,  bu barədə Özbəkistanın Bədən Tərbiyəsi və İdman Nazirliyi məlumat yayıb. Bildirilib ki, Özbəkistan milli komandalarının xaricdə keçirilən yarışlara qatılması da həmin ölkələrdəki vəziyyətdən asılı olacaq. Başqa sözlə, Özbəkistan koronavirusun tüğyan etdiyi ölkələrdə keçirilən yarışlara qatılmayacaq. Ölkədaxili bütün yarışlar isə Səhiyyə Nazirliyi ilə razılaşdırıldıqdan sonra keçiriləcək.

Xatırladaq ki, Daşkənddə keçirilməli olan ağır atletika üzrə Asiya çempionatı da qeyri-müəyyən vaxtadək təxirə salınıb.