logo

İlham Əliyev Milli Məclisin ilk iclasında iştirak edir

11:23 10-03-2020 | icon 2254
İlham Əliyev Milli Məclisin ilk iclasında iştirak edir

Martın 10-da VI çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclası öz işinə başlayıb.

YeniAvropa xəbər verir ki, prezident İlham Əliyev iclasda iştirak edir.

İclası Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev açaraq deputatları təbrik edib. Bildirib ki, Milli Məclisin Daxili Nizamnaməsinin 2-ci maddəsinə görə, parlamentin ilk iclasını ən yaşlı deputat aparır və bu missiya deputat Ziyad Səmədzadəyə nəsib olub.

İclasa sədrlik edən Ziyad Səmədzadə VI çağırış Milli Məclisin ilk iclasını açıq elan edib.

Sonra Z.Səmədzadə VI çağırış  Milli Məclisə seçilmiş deputatların siyahısını oxuyub.

Daha sonra Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.

Prezident İlham Əliyev VI çağırış Milli Məclisin ilk iclasında nitq söyləyib.