logo

Italiyada bütün idman yarışları koronavirusa görə qadağan edilib

09:31 10-03-2020 | icon 2478
Italiyada bütün idman yarışları koronavirusa görə qadağan edilib

İtaliyada koronavirusun yayılmaması üçün hər hansı bir idman tədbiri aprelin 3-nə kimi, o cümlədən İtaliya futbol çempionatının oyunlarının keçirilməsini qadağan edib.

 YeniAvropa yerli mətbuatına istinadla xəbər verir ki, bu haqda İtaliyanın baş naziri Cüzeppe Konte mətbuat konfransında deyib.

Xatırladaq ki,İtaliyada koronavirusa yoluxanların ümumi sayı 9 min nəfəri ötüb. Ölkədə 700-dən çox insan sağalıb. Koronavirus İtaliyada 463 nəfərin həyatına son qoyub.