Bu gün Brüsseldə görüşən NATO baş katibi Yens Stoltenberqlə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan daha sonra mətbuat konfransı keçiriblər.
YeniAvropa yerli mətbuata istinadla xəbər verir ki, jurnalistlər qarşısına keçən Ərdoğan baş katibin əlini sıxmaqdan imtina edib. Səbəb kimi isə "korona” deyərək COVID-19 təhlükəsini xatırladıb.
Stoltenberq Ərdoğanın bu hərəkətinə gülüşlə cavab verib.