logo

Rəşad Sadıqov karyerasını başa vurur

19:52 09-03-2020 | icon 336
Rəşad Sadıqov karyerasını başa vurur

Cari futbol mövsümünü başa vurduqdan sonra "Qarabağ" klubunun kapitanı Rəşad Sadıqov karyerasını başa vuracaq.

 YeniAvropa xəbər verir ki, bu barədə baş məşqçi “Qurban Qurbanov  məlumat verib.  “Keşlə”-“Qarabağ” oyunundan sonra mətbuat konfransında Ağdam klubunun baş məşqçisi komandanın kapitanının gedişi haqda bunları deyib: 

“Rəşad karyerasını ötən il bitirmək istəyirdi, mən qoymadım. Hətta ona 2 illik müqavilə təklif elədik, razı olmadı. Bir illik uzatmaq istədi. Sonda qərara gəldik ki, bu mövsüm oynasın, sonra karyerasını bitirsin. Rəşadın böyük potensialı var. Belə potensiallı insanlara güvənmək mənim üçün sevindiricidir”.

Xatırladaq ki, Rəşad Sadıqov hazırda Azərbaycan futbolunda ən stajlı futbolçudur. O, 16 iyun 1982-ci il Bakıda anadan olub. O, 2000-ci ildə Tovuzun "Turan" komandasında peşəkar futbolçu kimi karyerasına başlayıb. Daha sonra 2001-2002, 2003-2005, 2006-2008-ci illərdə "Neftçi Bakı", 2009-2010-cu illərdə "Qarabağ", 2002-2003-cü illərdə İranın "Fulad Xuzistan" və 2005-2006-cı illərdə Türkiyənin "Kayserispor", 2008-2009-cu illərdə "Kocaelispor", 2010-2011-ci illərdə Əskişəhərspor klublarının heyətində çıxış edib. 2011-ci ildən Azərbaycanın "Qarabağ" klubunda çıxış edir.

Rəşad Sadıqov dörd dəfə Azərbaycanda ilin futbolçusu seçilib. Beş dəfə Azərbaycan Premyer Liqasının, üç dəfə isə Azərbaycan Kubokunun qalibi olub. Sadıqov 2001-ci ildən Azərbaycan milli futbol komandasında çıxış edir. Milli komandada 103 oyun keçirib və 4 qol vurub. Azərbaycan milli komandasının heyətində ən çox oyun keçirən oyunçudur.