logo

Paytaxtda atmosfer havasında tozun miqdarı normadan 3-4 dəfə artıqdır

16:42 09-03-2020 | icon 2156
Paytaxtda atmosfer havasında tozun miqdarı normadan 3-4 dəfə artıqdır

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin mütəxəssislərinin martın 9-da Bakı və Abşeron yarımadasının atmosfer havasında apardıqları monitorinqlərin nəticələrinə görə, havada toz dumanı müşahidə edilir.

Departamentdən YeniAvropa-ya bildiriblər ki, tozun miqdarı sanitar normadan 3-4 dəfə çoxdur.

Tozlu hava şəraitinin mart ayının 11-i gündüz saatlarına kimi müşahidə olunacağı gözlənilir.

Mütəxəssislərin rəyinə görə, Abşeron yarımadasında toz dumanına səbəb arabir güclənən cənub şərq küləyi nəticəsində tozun atmosferin yuxarı qatına qalxması və nisbi rütubətin yüksək olmasıdır.