logo

Paytaxt sakinindən 2 kq heroin götürüldü

15:50 09-03-2020 | icon 2163
Paytaxt sakinindən 2 kq heroin götürüldü

Bakıda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya verilən məlumata görə, Qaradağ rayon Polis İdarəsinin 11-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Sahil qəsəbə sakini M.Zeynalovun yaşadığı evə baxış zamanı 2 kiloqram 35 qram heroin, idarə etdiyi “VAZ-2107” markalı avtomobilə baxış zamanı 277 qramdan artıq heroin və 21 qramdan artıq metamfetamin aşkar edilərək götürülüb.