logo

Şüvəlanda kişi qardaşı ilə birləşib arvadını öldürdü

19:59 07-03-2020 | icon 2261
Şüvəlanda kişi qardaşı ilə birləşib arvadını öldürdü

Martın 6-da Xəzər rayonunun Şüvəlan qəsəbəsi ərazisində yerləşən daş karxanasında Məhəmmədi qəsəbəsində yaşayan Zərnişan Hacıyevanın qətlə yetirilən meyitinin tapılmaları barədə Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə məlumatlar daxil olub.

 YeniAvropa xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, dərhal polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qətlin münaqişə zəminində Z.Hacıyevanın əri A.Hacıyev və onun qardaşı S.Hacıyev tərəfindən törədilməsi müəyyən edilib.

S.Hacıyev polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib. Digər şəxsin tutulması üçün əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Faktla bağlı cinayət işi başlanılıb.