Ölkəyə idxal olunan tibbi maskalar gömrük rüsumundan azad edildi
Azərbaycana xaricdən idxal edilən baxillər, steril və qeyri-steril əlcəklər, tibbi maskalar və respiratorların idxalı iyunun 1-dək idxal gömrük rüsumundan azad olunub.
YeniAvropa xəbər verir ki, baş nazir Əli Əsədov “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsi barədə” qərar imzalayıb. Qərara əsasən, “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişikliklər edilib.
“Məlum olduğu kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 yanvar tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında yeni koronavirus (2019-nCoV) infeksiyasının yayılmasının qarşısının alınmasına dair Fəaliyyət Planı” təsdiq edilib və buna uyğun olaraq bir sıra tədbirlər həyata keçirilir. Bununla yanaşı, koronavirus infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin operativ həyata keçirilməsi məqsədilə Nazirlər Kabinetinin yanında aidiyyəti dövlət qurumlarının nümayəndələrindən ibarət qərargah yaradılıb.
Koronavirus infeksiyasının ölkədə yayılmasının qarşısının alınması istiqamətində görülən işlər çərçivəsində vacib məsələlərdən biri də əhalinin və tibb müəssisələrinin zəruri tibbi ləvazimatlara olan tələbatının münasib qiymətlərlə ödənilməsi və bir sıra tibbi vasitələr üzrə ehtiyatların gücləndirilməsidir. Bu baxımdan, Azərbaycana xaricdən idxal olunduğu nəzərə alınaraq bu qərara əsasən baxillər, steril və qeyri-steril əlcəklər və tibbi (cərrahiyyə əməliyyatı və ya prosedur üçün) maskalar və respiratorların idxalı cari ilin iyun ayının 1-dək idxal gömrük rüsumundan azad edilib”,-deyə qərarda bildirilir.
İlham Əliyevlə Sadır Japarov Ağdamda Şahbulaq qalasında olub
Bakıda dünya qastroenteroloqlarının konqresi işə başlayıb
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzində olublar
Macarıstan Qarabağın minalardan təmizlənməsinə dəstək verməyə hazırdır
Sabah Bakıda 29° isti olacaq
Baş Prokurorluqdan Nəsib Quliyevin intiharı ilə bağlı açıqlama
İlham Əliyevlə Sadır Japarov Ağdam Cümə məscidinin açılışında iştirak edib
Bakıda Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclası keçirilir
Macarıstan şirkətlərinin Qarabağın bərpasında iştirak edəcək
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdama səfər edib
Macarıstanın xarici işlər naziri Azərbaycana səfərə gəlib
“Qarabağ”la “Zirə” Azərbaycan Kubokunun finalına qarşılaşacaq
Qırğızıstan prezidenti Sadır Japarov Füzuli rayonuna gəlib
Azərbaycan Ordusunda komanda-qərargah təlimləri keçirilir
Mayın 1-dən Azərbaycanda balıq ovuna moratorium qüvvəyə minir
Çində sayca beşinci “Azərbaycan Ticarət Evi” açılıb
Azərbaycan nefti 89,49 dollara satılır
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 60 nəfər saxlanılıb
Avropa Komissiyası Ukraynaya 1,5 milyard avro yardım ayırıb
Azərbaycan Kuboku: “Qarabağ” “Neftçi”ni məğlub edərək finala yüksəlib
Qırğızıstan prezidentinin şərəfinə “Gülüstan” sarayında ziyafət verilib
Bayden Ukraynaya 61 milyard dollarlıq hərbi yardım haqda qanunu imzalayıb
İlham Əliyev və Sadır Japarov Çingiz Aytmatovun abidəsinin açılışında iştirak ediblər
“Bakcell” bütün ölkəni bulvardakı konsertə çağırır
Qırğızıstan prezidenti Şəhidlər xiyabanını ziyarət edib