logo

Koronovirusa görə 4 mindən çox təhsil müəssisəsi dezinfeksiya edilib

15:41 07-03-2020 | icon 3381
Koronovirusa görə 4 mindən çox təhsil müəssisəsi dezinfeksiya edilib

Koronavirus infeksiyasının qarşısının alınması məqsədilə təhsil müəssisələrində dezinfeksiya işləri davam etdirilir.

Təhsil Nazirliyindən YeniAvropa-ya  bildiriblər ki, artıq 4 min 250 təhsil müəssisəsində dezinfeksiya işləri yekunlaşdırılıb.

Qeyd edək ki, ölkə üzrə bütün təhsil müəssisələrində tibbi-profilaktik vəziyyətə nəzarət gücləndirilib, dezinfeksiya işlərinin və qabaqlayıcı tədbirlərin həyata keçirilməsi intensivləşdirilib.