logo

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 55 nəfər saxlanılıb

13:15 07-03-2020 | icon 308
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 55 nəfər saxlanılıb

Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün törədilmiş 28 cinayətin üstü  "isti izlər"lə açılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya  bildiriblər ki, əvvəlki dövrlərdən bağlı qalmış 12 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 45 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 25 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 1 ağır yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə üç nəfər ölüb, üç nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 19 fakt müəyyənləşdirilib.

Cinayət törətməkdə şübhəli bilinən 55 nəfər saxlanılıb.