logo

Lerikdə torpaq sürüşməsi: bir nəfər ölüb, üç nəfər xəsarət alıb

12:52 07-03-2020 | icon 2184
Lerikdə torpaq sürüşməsi: bir nəfər ölüb, üç nəfər xəsarət alıb

Martın 7-də Lerik rayonunun Çayrud kəndində torpaq sürüşməsi baş verib.

 YeniAvropa xəbər verir ki, təbii fəlakət nəticəsində kənd sakini Arif Əlirzayevə məxsus ev dağılıb. 1980-ci il təvəllüdlü A.Əlirzayev uçqun altında qalaraq ölüb.

Hadisə zamanı ailənin daha üç üzvü - A.Əlirzayevin həyat yoldaşı, oğlu və qızı isə müxtəlif xəsarətlər alıblar.

Yaralılar Lerik Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar, onlara ilkin yardım göstərilib. Hazırda yaralıların vəziyyəti normaldır.