logo

Daha bir məmur təqaüdə göndərildi

12:13 07-03-2020 | icon 2107
Daha bir məmur təqaüdə göndərildi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji Planlama Ekspedisiyasının rəisi Əziz Qaralov təqaüdə göndərilib.

 YeniAvropa xəbər verir ki, bu barədə  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova məlumat verib. Onun sözlərinə görə, hazırda həmin vəzifəyə kadr təyinatı məsələsinə baxılır.

Xatırladaq ki, ETSN-in Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji Planlama Ekspedisiyasının rəisi Əziz Qaralov son vaxtlar Badamdarla "20-ci sahə" arasındakı magistral avtomobil yolunda baş verən torpaq sürüşməsi zamanı verdiyi açıqlamalarla tez-tez mətbuatın gündəminə gəlirdi.